Əsgərlikdən təzə gələn gənci metronun yanında bıçaqladılar
Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hadisə Nizami" metrostansiyası yaxınlığında, Salatın Əsgərova küçəsi 64 ünvanında qeydə alınıb.
Şahidlər təcili yardıma zəng vuranda əraziyə həkimlər cəlb olunub. Lakin həkimlər gələnə qədər gənc oğlan dünyasını dəyişib.
Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş.
Bakı şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Salatın Əsgərova 60 ünvanında sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər olan meyit tapılıb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, 1996-ci il təvəllüdlü Şəmiyev Emin Asif oğlu olduğu müəyyən edilib.
Dərhal hadisə yerinə rayon polis idarəsinin rəisi, rayon prokuroru, polis və prokurorluq əməkdşaları cəlb olunub. Hadisə yerində meyitə baxış keçirilib, istintaq-əməliyyat qrupu yaradılıb.
Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə yaxın ərazidə yerləşən videokameralara baxış keçirilib, hadisə şahidləri istintaqa cəlb olunub.
Cinayəti törətmiş şəxsin müyyən edilərək istintaqa cəlb olunması üçün zəruri və təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir.
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...