Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşdə - Foto

20:01 12-01-2019 | icon 2709
Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşdə - Foto

Yanvarın 11-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə(MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görüşdə iştirak edib.

Görüşdə 2018-ci ildə Birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Digər xəbərlər

0.25613212585449