Azərbaycan İsraildən “SkyStriker” kamikadze dronları alıb
Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdiriblər.
Məlumatı “bmpd” inernet-portalı yayıb.
Yanvarın 10-da bu silahlar Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil mühafizə idarəsinin Gəmilərin tikintisi və təmiri mərkəzində Prezident İlham Əliyevə nümayiş etdirilib.
“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.
“SkyStriker” iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” (ADS) şirkətinin istehsalı olan “Orbiter 1K” (“Zərbə-K”) birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib.
Mənbə bildirir ki, IAI “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...