Sabah istehsal olunacaq kəsmik, bu gündən marketlərdə

19:25 13-01-2019 | icon 3285
Sabah istehsal olunacaq kəsmik, bu gündən marketlərdə
Zabrat qəsəbəsində yerləşən böyük marketlərin birində qida məhsulunun istehsal tarixində olan problemlə bağlı redaksiyamıza fotolar göndəriblər.
 
Fotolar 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan "Ayxan" marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ sabah istehsal olunacaq, amma indidən satılır. 
 
Bu məsələ ilə bağlı aidiyyəti qurumların tez bir zamanda tədbir görməsini xahiş edirik.
 

Digər xəbərlər

0.22684407234192