Məmmədyarov erməni həmkarı ilə Parisdə görüşəcək

16:49 14-01-2019 | icon 2470
Məmmədyarov erməni həmkarı ilə Parisdə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olacaq. 

"Qafqazinfo" XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

 

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.


Digər xəbərlər

0.27293705940247