“Məhsəti” romanı işıq üzü görüb
Yazıçı Cavidanın “Məhsəti” adlı yeni romanı işıq üzü görüb.
Əsər Azərbaycanın ilk xanım şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman XII əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında irihəcmli bədii əsərdir.
Roman üzərində bir il çalışdığını deyən Cavidan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyib: “Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir bir xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub”.
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və akademik Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.
Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir.
Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, Cavidanın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Özbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir.
Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini nəzərə alsaq bu əsərin də müəllifə böyük şöhrət gətirəcəyini düşünmək olar.
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...
-
Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
...
-
CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı keçirilib - Video
...
-
Deniz Çakırdan - Yeni fotolar
...
-
Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq
...
-
“CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də
...