Kapital Bank 2018-ci ilin nəticələrini elan edib
Kapital Bank-ın aktivləri 1 yanvar 2019-cu il tarixinə 3,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub.
Bankın mətbuat xidmətindən daxil olan məlumata görə, müştəri depozitlərinin həcmi 1 yanvar 2019-cu il tarixinə 2,9 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1,2 milyard manat təşkil edib.
Bankın 1 yanvar 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 342 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...