“Məhkumların aclıq aksiyası keçirməsi yalandır” - Rəsmi
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumların aclıq aksiyası keçirməsi barədə yayılan xəbərlərlə əlaqədar açıqlama yayıb.
Daxil olan məlumatı olduğu kimi təqdim edirik:
“Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya, aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.
Penitensiar Xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir. Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır.
Hər zaman olduğu kimi bu gün də Penitensiar Xidmət tabe qurumlardakı vəziyyətlə bağlı ictimaiyyəti maraqlandıran istənilən məsələyə aydınlıq gətirməyə və kütləvi informasiya vasitələrinin sorğularını cavablandırmağa hazırdır”.
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...