AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...

20:38 15-01-2019 | icon 2620
AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib. 

Bu məqamda Alışanovun yerinə təyin edilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edirik.

1979-cu ildə doğulan Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.

 

O, bir neçə il əvvəl tanınmış teleaparıcı İbrahim Məmmədovun yerinə keçməklə gündəmə gəlmişdi. Belə ki, Arif Alışanovun müavini olan İ. Məmmədovun aparıcısı olduğu "Günün nəbzi" və "Həftə" analitik verilişlər Rövşən Məmmədova həvalə edilmişdi. Bu təyinat mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İllərdir davam edən analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı. 

Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib. 

 




 

Digər xəbərlər

0.26440787315369