Səfər Mehdiyev subregional seminarda - Foto
Yanvarın 15-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Ümumdünya Ticarət Təşkilatının “Ticarətin Asanlaşdırılması Sazişi”nin gömrüklə bağlı müddəalarının tətbiqinə dair” subregional seminar başlayıb.
Komitədən daxil olan məlumata görə, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (MARİƏ) çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətlərinin, eləcə də İqtisadiyyat Nazirliyi, Ümumdünya Gömrük Təşkilatı, MARİƏ, BMT və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri iştirak edir.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dünyada baş verən iqtisadi proseslərin, ticarət zəncirindəki dəyişikliklərin fonunda ticarətin asanlaşdırılması ilə bağlı sazişin gömrük müddəalarından irəli gələn məsələlərin müzakirəsinin böyük önəm daşıdığını diqqətə çatdırıb.
Komitə sədri ticarətin asanlaşdırılması məsələlərinin həlli zamanı gömrük nəzarətinin effektivliyinin artırılması, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, ticarətin asanlaşdırılması sərhədkeçmə proseslərinin sürətləndirilməsindən, prosedurların sadələşdirilməsindən, sərhəddə fəaliyyət göstərən qurumlar arasındakı əməkdaşlığın gücləndirilməsindən və Səlahiyyətli İqtisadi Operator (SİO) institutlarının səmərəli fəaliyyətindən çox asılıdır.
Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklərdən bəhs edən ÜGT-nın baş katibi Kunio Mikuriya şəffaflığın təmin olunması, korrupsiya ilə mübarizə, kağızsız ticarət, informasiya texnologiyalarının tətbiqi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, prosedurların sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu deyib.
Seminar yanvarın 16-dək davam edəcək.
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...