Novruz Məmmədov iclas keçirib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qaldırılan məsələlərlə əlaqədar Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, baş nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin, Bakı şəhərində “DOST” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Aqrar sahənin inkişafına nəzər salan baş nazir ötən ildə aparılmış meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb olunmuş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışıb.
Sonda sosial-iqtisadi inkişafın nəticələrinə dair fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar hökumət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verilib.
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...