Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show” - VIDEO

18:18 16-01-2019 | icon 3514
Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show” - VIDEO

Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi
Celentano Tribute Show nümayiş etdiriləcək.


Bütün dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev
Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano
Celentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.


Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio
Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio
Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir.
Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.
Celentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar
detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio
Schveizerin səhnə obrazına yetirilir.


İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün
detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano
Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək,
tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert
zalında keçililən unudulmaz şouları qeyd etmək olar.


Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa,
Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair
ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk
dəfə təqdim olunacaq.


Biletləri İtiket (on-line almaq üçün linkə tıklayın
https://iticket.az/events/concerts/celentano-tribute-show/6191 )
və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq
mümkündür.



Digər xəbərlər

0.24344992637634