“Azərsun Holdinq”də kütləvi ixtisar - 100-ə yaxın işçi çıxarıldı
Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ciddi ixtisarlar baş verib.
Şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
Məsələ ilə bağlı sorğuya cavab verən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib:
""Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.
Kadr dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: "Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib. "Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.
***
“Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov “Qafqazinfo” ilə əlaqə saxlayaraq qeyd edib ki, unikal.org saytına verdiyi açıqlama düzgün anlaşılmayıb: “Ötən dövr ərzində 100-ə qədər adam işdən çıxıb. Bunlar yeni texnologiyaların tətbiqi, müəyyən layihələrin bitməsi ilə əlaqədar olan ixtisarlardır. Eyni zamanda, yeni işçilər də işə alınır və müəssisələrin açılması ilə bağlı da işlər gedir. Yəni şirkətimizdə fövqəladə hadisə baş verməyib. Bu xəbər insanlar tərəfindən yanlış başa düşülür. “Azərsun Holdinq” həmişəki kimi fəaliyyətini davam etdirir”.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...