Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat
Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.
Nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib.
Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.
Yevlax rayon polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Polis İdarəsinə təyinat alıb.
Məlumatlara görə, paytaxtın digər polis idarələrinin bir neçə rəisinin də yeri dəyişdirilib. Yeni təyinatların bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl də paytaxtın dörd rayonun rəisinin işdən çıxarılmasına dair xəbər yayılmış, lakin sonradan öz təsdiqini tapmamışdı.
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...
-
Sülh sazişi niyə imzalanmır? - Video
...