Azərbaycanda dərslər iki günlük dayandırıldı

18:34 16-01-2019 | icon 2564
Azərbaycanda dərslər iki günlük dayandırıldı

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

Qeyd edək ki, bura bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas, ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs, imtahan, kollokvium və sairə daxildir.

Eyni zamanda, istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya aiddir.


Digər xəbərlər

0.27448987960815