Küləyin sürəti 35 m/saniyəyədək şiddətlənib

10:21 17-01-2019 | icon 3224
Küləyin sürəti 35 m/saniyəyədək şiddətlənib

Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyinə keçib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan bildirilib.

Məlumata görə, küləyin sürəti 18 m/s, Abşeron dəniz rayonunda isə küləyin sürəti 19 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb.

***

 

Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib.

***

Qərargahdan verilən məlumata görə, 17 yanvar saat 03:00-a olan məlumata görə açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək 6,3 dərəcə təşkil edir.

***

17 yanvar saat 06:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.

***

ETSN-də yaradılan Qərərgahın saat 09:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir


Digər xəbərlər

0.30394911766052