Daxili orqanında narkotik keçirdi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib.
Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin olduğu məlum olub.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...
-
İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar...
...
-
Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
...
-
Azər Qaraşov qətlə yetirilib - Oğlu saxlanıldı
...
-
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
...
-
Bakıda həkimlərin başına iş gəldi - Yeni vatsap dələduzluğu
...
-
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayıb
...
-
Hamı bu qəzadan danışır... - Kimdir günahkar? - Video
...
-
Azərbaycanda terror aktı törətmək istəyən əcnəbi saxlanıldı - Video
...