Azərbaycanda 2 maskalı şəxs “zapravka”ya hücum etdi

14:29 19-01-2019 | icon 2980
Azərbaycanda 2 maskalı şəxs “zapravka”ya hücum etdi

Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib. İstintaq və əməliyyat tədbirləri aparılır.


Digər xəbərlər

0.28515315055847