DTX rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DTX rəisi, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. DTX-nın şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.
Tədbirin sonunda sənədli film nümayiş olunub.
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...
-
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar
...
-
Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
...
-
Sabaha 21° isti proqnozlaşdırılır
...
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Xankəndi belə dəyişdi - Yeni görüntülər
...
-
Sabahın havası açıqlandı
...
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
...