“20 Yanvar bütün türk dünyasının qürur günüdür” - Türkiyəli səfir

12:19 20-01-2019 | icon 2972
“20 Yanvar bütün türk dünyasının qürur günüdür” - Türkiyəli səfir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün Şəhidlər Xiyabanını ziyarət edib.

Səfir daha sonra jurnalistlərə açıqlama verib.

O bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyini qazanması yolunda əsaslı bir dönüş olub:

“Bu gün Azərbaycanın tarixində çox önəmli gündür. 1990-ci ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu, Azərbaycanın süverenlik tarixində önəmli gündür. 20 Yanvar Milli qürur günüdür. Bu qürür yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də həmin gün şəhid olanları ehtiramla anırıq”.


Digər xəbərlər

0.29334688186646