DİN-dən Şəhidlər Xiyabanındakı insidentlə bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi Şəhidlər Xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-in sorğusuna cavabında bildirib ki, Şəhidlər Xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün də gərginlik yaradıblar:
“Ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb. Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib.
Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdırma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdırma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək”.
E. Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...