2019-cu ildə Azərbaycanda neft hasilatı üzrə - OPEK-in proqnozları
2019-cu ildə Azərbaycanda neft hasilatının həcmi ötənilki səviyyədə saxlanılacaq və orta hesabla sutkada 0,80 milyon barrel təşkil edəcək.
Bu barədə OPEK-in yanvar hesabatında deyilir:
“Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda orta hesabla gündə 792 min barrel neft və kondensat hasil olunub. Bu isə 2017-ci il göstəricisindən 2% çoxdur”.
Statistikaya görə, Azərbaycanda neft hasilatı 2018-ci ilin dekabrında 27 min barrel azalaraq sutkada 0,71 milyon barrel olub. Azalmaya səbəb “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın müvəqqəti olara dayanması olub.
Hesabatda, həmçinin, qeyd olunur ki, 2018-ci ilin noyabrında maye karbohidrogenlərin hasilatı əvvəlki aylarla müqayisədə 0,03 milyon barrel artaraq sutkada 0,83 milyon barrel təşkil edib. Hesabata görə, bu, ölkədə neft hasilatının sutka ərzində 25 min, kondensatın isə 2 min barrel artmasının nəticəsidir.
Azərbaycanda ötən il maye karbohidrogenlərin hasilatı gün ərzində 0,80 milyon barrel səviyyəsində qalıb və bu göstərici 2019-cu il üçün də gözlənilir.
Təşkilatın hesabatına əsasən, 2019-cu ilin birinci yarısında maye karbohidrogenlərin hasilatı Azərbaycanda 20 min barrel azalaraq sutkada orta hesabla 0,79 milyon barrel təşkil edəcək. İlin ikinci yarısında isə orta hesabla sutlada 0,81 milyon barrel hasilat gözlənilir.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...