Bakıda bazardakı yanğın söndürüldü

09:33 23-01-2019 | icon 2982
Bakıda bazardakı yanğın söndürüldü

Paytaxtın Nərimanov ərazisində yerləşən taxta bazarında 03:00 radələrində yanğın başlayıb.

Hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub.

1 saatlıq müdaxilədən sonra yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

İlkin məlumata görə, bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Yanğının səbəbi hələlik məlum deyil.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

0.2893660068512