“Neftçi”nin futbolçusu axtarışa verilib
“Neftçi”nin futbolçusu ölkəsində axtarışa verilib. Anton Krivotsyuk əsgərlik probleminə görə vətəninə gedə bilmir.
20 yaşlı futbolçunun Ukraynada qeydiyyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb.
Azərbaycanın U-21 yığmasında da oynayan "milliləşdirilmiş” legionerin aqibətinin necə olacağı bilinmir. Bəlli olan budur ki, Ukrayna və Rusiya arasında yaşanan son gərginliyin ardından idmançıların müxtəlif yollarla hərbi qulluqdan yayınmasına nəzarət gücləndirilib.
Azərbaycan vətəndaşlığı almayan, məlum üsulla "zaqran pasport” daşıyan Anton və klubu vəziyyətdən çıxış yolu axtarır.
Qarşı tərəfin – həm klubun, həm də futbolçunun mövqeyini işıqlandırmağa hazırıq.(fanat.az)
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...