Füzulidə şəhid ailələrinə qayğı göstərilir

19:23 23-01-2019 | icon 2742
Füzulidə şəhid ailələrinə qayğı göstərilir

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Füzuli rayonundan 700-ə yaxın şəxs şəhid olub, 181 nəfər isə itkin düşüb. Bunlardan 6 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq Milli qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.

 

Füzuli rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolu gənclər arasında təbliğ olunur. Bildirilir ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.


Digər xəbərlər

0.25507593154907