Təcili: Gömrük Komitəsi də ləğv olunur? - AÇIQLAMA

16:07 21-02-2017 | icon 9927
Təcili: Gömrük Komitəsi də ləğv olunur? - AÇIQLAMA

“Ölkənin iqtisadiyyatı inkişaf etdirmək üçün addımlar atılır. Gözlənilən addımlar hələ qabaqdadır”

Bu sözləri Politika.Az-a sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli öz açıqlamasında bildirib
“Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşməlidir”
Onun sözlərinə görə,2017-ci ildə iqtisadiyyatın inkişafını dəyərləndirmək üçün hələ tezdir: “Ancaq son 2 il ərzində, 2015-ci il sentyabr ayından indiyə kimi islahatlar keçirilib, Nazirlər Kabinetinin strukturuna daxil olan qurumların birləşdirilməsi və ləğvi gündəmdə olub və bir çox addımlar atılıb.

Hesab edirəm ki,iqtisadiyyatda çevik siyasət aparmaq üçün Gömrük Komitəsinin ləğv edilməsi və Vergilər Nazirliyi ilə birləşdirilməsi daha yaxşı olardı.Bundan başqa bir çox qurumlar vardır ki,ləğv edilib bir qurum adı altında fəaliyyət göstərməsi iqtisadiyyatın və digər sahələrinin inkişafına gətirib çıxaracaq”.

Keçmiş deputat Politika.Az-a bildirib ki, bu baxımdan islahatların davam edəcəyini proqnozlaşdırır: “İqtisadiyyatın inkişafını yığılan vəsaitlərin və xərclənən vəsaitlərin effektivliyi ilə müəyyən etmək olar.Çox təəssüf edirəm ki,effektivlik yüksək səviyyədə deyil.

Bu da bir çox hallarda köhnə kadrların qalmasından qaynaqlanır.Yəni,uzun müddət bir vəzifədə qalmaq və Sovet İttifaqından qalmış ənənə ilə davat etdirilməsi iqtisadiyyatımızda dirçəlməyə səbəb olmur.

Bununla belə, son zamanların tendensiyası,bir çox qurumların dövlət hesabına yaradılması davam etdirilir. Dövlət büdcəsi hesabına iqtisadiyyatda ayrı-ayrı qurumların yaradılması doğru və effektiv deyil.Bunu dövlət xərclərinin səmərəsiz istifadəsi kimi qiymətləndirirəm”.


Digər xəbərlər

0.25561308860779