“O qədər özəl şirkətlər var ki...” - AzTV-dən gedən rəis
“AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam”.
Bunu Modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyev deyib.
Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: “Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.
Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: “Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur”.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...