Abbasın köməkçisi həbs olunub? - Müğənnidən açıqlama
Əməkdar artist Abbas Bağırovun köməkçisi Orxan Mirəliyev tərəfindən dələduzluğa məruz qalması barədə xəbər yayılıb. Oxu.az saytı iddia edir ki, sənətçinin keçmiş meneceri onun etibarından sui-istifadə edərək, müğənniyə məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən, dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. Və o, Abbasın şikayəti əsasında həbs olunub.
“Qafqazinfo” mövzu ilə bağlı A. Bağırovla əlaqə saxlayıb. Tanınmış müğənni yayılan məlumatı təkzib edərək mövzu barədə çox danışmaq istəmədiyini bildirib:
“Orxan Mirəliyev əvvəllər mənimlə çalışıb. Ancaq xəbər yanlışdır. Yalan yazıblar, məndən bu barədə açıqlama almayıblar. Həmin xəbərdə fotom əks olunub. Əgər belə olursa, rəyimi də öyrənmək lazımdır. Zəng vurub soruşmurlar ki, bu söhbət var, ya yox? Əgər bir adamdan şikayətim yoxdursa və yaxud həmin şəxs mənə borclu deyilsə, bu, nəyə lazımdır? Belə şeylərlə reklam olmağı sevmirəm. Milləti yanlış xəbərlərə yönləndirirlər”.
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...