Paşinyan Əliyevlə görüşündən danışdı - “Biz əgər eyni yerdə oluruqsa...”
“Prezident İlham Əliyevlə görüş və müzakirələr danışıqlar prosesinin rəsmi başlanğıcı, rəsmi mərhələsi demək deyil”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayım edərkən bildirib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə Davosdakı 1,5 saatlıq görüşünü belə şərh edib: “Davosda forum təşkilatçıları bizim ikimizin də orada olduğunu görüb “Görüş təşkil olunmasına qarşı deyilsiniz ki?” deyə soruşdular. Biz də qarşı olmadığımızı dedik. Görüşümüz hər ikimizin razılığı əsasında baş tutdu. Biz əgər eyni yerdə oluruqsa, görüşməkdən çəkinmirik”.
Paşinyan görüşün mövzusunu belə açıqlayıb: “Biz indiyədək olan hər 3 görüşümüzdə danışıqlar prosesinin tarixini müzakirə etmişik. Əlbəttə, tənzimlənmə prosesinin şərtləri və imkanları haqda da danışırıq. Konkret detal haqda isə müzakirə aparmırıq. Sadəcə fikirlərimizi bölüşürük. Bu isə fikir mübadiləsi və danışıqlar prosesinin qarşılıqlı anlayış şəraitində aparılması imkanı deməkdir”.
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...