“İyunda Əliyevlə Paşinyan saziş imzalayacaq, bir neçə rayon...” - Rus politoloq

16:35 24-01-2019 | icon 2332
“İyunda Əliyevlə Paşinyan saziş imzalayacaq, bir neçə rayon...” - Rus politoloq

“İyunda Nikol Paşinyanla İlham Əliyev saziş imzalayacaqlar. Sazişə əsasən, erməni tərəfi toxunulan güzəştlər konteksində bir neçə rayonu güzəştə getməli olacaq”.

Belə bir iddia ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, erməni KİV-nə müsahibəsində Əliyevlə Paşinyanın Davos görüşünü şərh edib:

“Detalların müzakirə edilmədiyi deyilsə də, biz böyük insanlarıq və çox yaxşı başa düşürük ki, danışıqlar üçün konkret mövzu yoxdursa, o zaman danışılası heç nə yoxdur. 

 

Son vaxtlar saatlarla davam edən görüşlər sübut edir ki, ciddi müzakirələr gedir. Danışıqlar masasında olan konkret layihə ətrafında sövdələşmə aparılır. 

Əliyevin son dərəcə şən, Paşinyanın isə çökmüş olduğu gözdən qaçmırdı. Çünki Əliyev bu partiyanı udur. Paşinyan bəyan etmişdi ki, Artsax (Qarabağ) danışıqlar tərəfi olmalıdır, lakin bu istiqamətdə hər hansı addım atılmamışdı. Hazırda onlar etimadın gücləndirilməsi tədbirləri haqda danışırlar. 

İstənilən ciddi, savadlı konfliktoloq bizim üçün dəqiqləşdirə bilər, hətta beynəlxalq əlaqələr fakultəsinin üçüncü kurs tələbəsi də deyə bilər ki, münaqişənin nizama salınması prosesində tərəflər etimadın möhkəmləndirilməsi mexanizmini işləyib hazırlamağa başlayırlar. 

Erməni politoloq və ekspertləri romantiklərdir, əgər hesab edirlərsə ki,  Qarabağ olmadan heç nə həll edilməyəcək. Gördüyünüz kimi həll olunur”. 

Politoloq iddia edir ki,  iyunda Paşinyanla Əliyev Qarabağla bağlı saziş imzalayacaqlar. Sazişə əsasən, erməni tərəfi qeyd edilən şərtlər çərçivəsində bir neçə rayonu güzəştə getməli olacaq:

“Azərbaycan bəyan edir ki, rayonların bəzilərini qaytarmaq vacibdir. Əliyev bu haqda açıq danışır. Ermənistanın nə etməyə çalışması isə məlum deyil. Erməni tərəfi susur, lakin Ermənistan Azərbaycanla bu haqda danışmasaydı, o zaman Əliyev Paşinyanla bax belə ünsiyyət saxlamazdı. Müharibə ilə təhdid edər, ultimatum dili ilə danışardı”. 


Digər xəbərlər

0.28689384460449