“Kurikulum sözünü deyəndə az qalır ağzım əyilsin” - Deputatdan dəqiq rəy
“Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm”.
Bunu deputat Ağacan Əbiyev parlamentdə çıxışında deyib. O qeyd edib ki, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin: “Bu məsələ təhsildə xaos yaradır. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur...Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.
***
Təhsil nazirinin müavini İdris İsayev “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində deputatlar tərəfindən səsləndirilən təkliflərə cavab verib. Nazir müavini qeyd edib ki, maliyyələşmə mexanizmi təhsilin bütün pillərinə gələcəkdə şamil ediləcək: “Maliyyə yükünün hesablandıqdan sonra hansısa müddəaların daxil edilməsi düzgün olacaq. Qanunda metodistlərlə bağlı anlayışın verilməsi mümkündür. Onlara dərs yükünün verilməsi ilə bağlı heç bir problem yoxdur. Əgər hansısa metodistə dərs verilməməsi halı varsa bununla bağlı rəsmi müraciət etmək lazımdır. Şagirdlərin bir məktəbdən digər məktəbə keçid məsələsində 11-ci sinif istisna olmaqla keçid prosesi sərbəstdir”.
Həmçinin iclasda nazirliyin rəsmisi Fərzəli Qədirov da çıxış edib. Onun sözlərinə görə, Təhsil Nazirliyi alternativ yox, ehtiyat dərslər hazırlayıb: “Dərslikləri nəşriyyatlar hazırlayır. Hər hansı dərsliyin hazırlanmasında problem olsa, tenderlər baş tutmasa bu zaman Təhsil Nazirliyi ehtiyat dərsliklərlə məktəbləri təmin edir. Bu gün 5 yaşlı uşaqların 75 faizi məkətbəhazırlığa cəlb olunub. 2020- ci ildə bu göstərici 90 faizə çatdırılmalıdır.
“Kurikulum” sözünə gəlincə isə, bu beynəlxalq termindir. Biz bu sözü təhsil proqramı şəklində yazırıq. Mötərizədə isə kurikulum sözünü yazırıq. Beynəlxalq təcrübədə bu sözdən istifadə edilir. Bu termin artıq vətəndaşlıq hüququ alıb”.
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...