AFFA Hesabat Konfransının vaxtını açıqladı

14:49 25-01-2019 | icon 2455
AFFA Hesabat Konfransının vaxtını açıqladı

AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.Yığıncaq martın 4-də baş tutacaq.

Saat 10:00-da “Hilton” otelində əvvəlcə Hesabat Konfransı, ardından isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama;

- Yığıncağın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.


Digər xəbərlər

0.27423810958862