Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.
Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Ş.Eyyubovun yerinə isə bir neçə ildir QSC sədrinin tikinti üzrə müşaviri vəzifəsində çalışan Məzahir Nəbiyev təyin edilib.
Təyinat xəbərini “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov təsdiqləyib.
Qeyd edək ki, Şaiq Veyis oğlu Eyyubov uzun illər «Azərsənayetikinti» Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 8.11.2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şaiq Eyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalamışdı.
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...