Qaraşov növbəti görüşü Vilvanda keçirdi - Foto

11:30 26-01-2019 | icon 2995
Qaraşov növbəti görüşü Vilvanda keçirdi - Foto

Yanvarın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Vilvan kənd sakinləri ilə keçirib. 

Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi qəbul-görüşdə kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli yolları müzakirə olunub. 

 

Çıxış edən yerli sakinlər Vilvan kəndinin sosial-iqtisadi inkişafı və təsərrüfat həyatı ilə bağlı keçirilən tədbirlərə, kənddə ən müasir tələblərə cavab verən məktəbin tikilməsinə və digər məsələlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda İcra başçısı qəbul zamanı səsləndirilmiş məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

 



Digər xəbərlər

0.25252294540405