Azərbaycanlı deputatlar yenidən AŞPA-da vitse-prezident seçildilər

17:59 26-01-2019 | icon 2655
Azərbaycanlı deputatlar yenidən AŞPA-da vitse-prezident seçildilər

Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.

 

Azad Demokratlar Qrupu vitse-prezidenti postuna, ümumilikdə, 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.


Digər xəbərlər

0.18909406661987