Cüdoçularımız qızıl və bürünc medallar qazandılar

12:23 27-01-2019 | icon 2387
Cüdoçularımız qızıl və bürünc medallar qazandılar

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin sonuncu günündə Azərbaycan idmançıları qızıl və bürünc medallar qazanıblar.

Məmmədəli Mehdiyev (90 kq) ardıcıl olaraq türkmənistanlı İhlas Setderovu və kanadalı Mohab El Nahası məğlub etsə də, dörddəbir finalda hollandiyalı Jesper Sminkə uduzub. İdmançımız təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun və estoniyalı Klen Kristofer Kalyulayd üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
 Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Anton Krivobokov ilə üz-üzə gəlib və rəqibini məğlub edib. 

Komandamızın üzvü İrina Kinderska (+78 kq) finaldakı rəqibi ukraynalı Yelizaveta Kalaninanı məğlub edərək millimizə qızıl medalı qazandırıb.

Digər xəbərlər

0.28929781913757