Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi

21:29 27-01-2019 | icon 2897
Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. 

Idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.
 
Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddətlənib və onun  bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.

 

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi. 

“Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi.


Digər xəbərlər

0.29336595535278