“Qaçqınkom” sədrinin bahalı maşınına - Rəsmi reaksiya
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son günlər bəzi elektron kütləvi informasiya vasitələrində qurumun sədri Rövşən Rzayevin xidməti avtomobili ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Qaçqınkom"dan daxil olan məlumatda qeyd edilir ki, bununla ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər. Ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilib.
Bu zaman xidməti avtomobilin baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.
Qeyd edək ki, AzPolitika.info saytı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ötən il 179 min 444 manat qiymətində “BMW 740 Lİ” markalı xidməti avtomobilin alınması barədə məlumat yayıb.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...