Azərbaycan nefti ucuzlaşıb

11:23 30-01-2019 | icon 3170
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,75 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 59,71 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel azdır.


Digər xəbərlər

0.27074790000916