Həbibdən qərara etiraz - “Əbədi siyasət”
Xəbər verdiyimiz kimi, rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə 9 ay diskvalifikasiya edilib. O, həmçinin 500 min dollar cərimə olunub.
Bəs, Həbibin cəzası nə zaman bitəcək?
Tərəflər arasında görüş oktyabr ayında baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq.
O, qazandığı pulların 500 min dollarını da cərimə kimi ödəyəcək. Rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib. Nurməhəmmədov isə Nevada ştatının Atletika Komissiyasının bu qərarına etiraz edib.
O, Tvitter hesabında bu qərara qarşılıq olaraq “əbədi siyasət” deyə paylaşım edib.
Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...