“BNA-nın dayanacaqları zəbt edənlərə qarşı tədbirlərini dəstəkləyirik” - “Xaliq Faiqoğlu”
Sərnişin avtobusları üçün nəzərdə tutulmuş dayanacaqların minik avtomobilləri, xüsusi ilə də taksilər tərəfindən zəbt edilməsi və avtobusların hərəkətinə maneə yaratması Bakı şəhərində illərdir ki, müşahidə edilən ən böyük problemlərdəndir. “Xaliq Faiqoğlu” şirkətindən verilən məlumata görə, şirkət uzun illərdir Bakı şəhərində, xüsusi ilə paytaxtın mərkəzində sərnişindaşıma xidməti göstərən bu problemdən ən çox əziyyət çəkən qurumlardan biridir.
Artıq Bakı Nəqliyyat Agentliyi bu problemin aradan qaldırılması, paytaxt küçələrində dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı kompleks iş həyata keçirir. Hesab edirik ki, həyata keçirilən bu tədbirlər paytaxt küçələrində hərəkət edən nəqliyyat vasitələrinin normal axınını təmin etməklə yanaşı sərnişindaşıma sahəsinə də müsbət təsir edəcəkdir. Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu kimi halların getdikcə aradan qaldırıldığını müşahidə edirik. Belə ki, bu kameralar həm yolun hərəkət hissəsini daraldan, həm də avtobus dayanacağını zəbt edən digər nəqliyyat vasitələrinin məsuliyyətə cəlb edilməsi üçün böyük əhəmiyyətə malikdir. Paytaxt küçələrində yeni kamera sistemlərinin tətbiq edilməsi ilə daşıyıcı şirkətlərə çətinlik yaradan bu problemin tamamilə aradan qalxacağına inanırıq.
“Xaliq Faiqoğlu” MMC olaraq bu tədbirlərin davamlı olmasını arzu edirik.
-
Metrostansiyaların sayı artırılacaq
...
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...