Abdin Fərzəliyev qəbul keçirib - Foto

18:41 30-01-2019 | icon 2354
Abdin Fərzəliyev qəbul keçirib - Foto

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib.

Rayon sakinlərinin və rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

 

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını qeyd edib.

 

 



 

Digər xəbərlər

0.24646210670471