Qaraşov sakinlərlə görüşüb - Foto

13:56 31-01-2019 | icon 2134
Qaraşov sakinlərlə görüşüb - Foto

Yanvarın 30-da İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Lənkəran şəhər sakinləri ilə keçirib.

Icra hakimiyyəti başçısı aparatı rəsmilərinin və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbul zamanı sakinlər Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsi, şəhərdə 200 nəfər qadının daimi işlə təmin olunduğu xalça fabrikinin, Olimpiya İdman Kompleksinin, müasir avadanlıqlarla təchiz olunmuş elektrik yarımstansiyasının tikilib istifadəyə verilməsi, şəhərin küçələrinin asfaltlanması, xüsusilə qış mövsumu ərəfəsində çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin tamamilə yenidən qurulmasını, digər təmir-bərpa işlərini bu diqqətin bəhrəsi olduğunu və bütün bu işlərə görə ölkə başçısına minnətdar olduqlarını diqqətə çatdırıblar. 

Görüşdə çıxış edən icra başçısı regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının uğurla başa çatdığını qeyd edərək artıq 4-cü Dövlət Proramının qəbul olunduğunu və icrasına başlanıldığını diqqətə çatdırıb. 

Sonda icra başçısı sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 



Digər xəbərlər

0.24376487731934