“Zeytun Farm”ın aptekləri saxta mineral sular satır
“Zeytun Farm”ın aptekləri saxta mineral sular satır
Qidanın insan üçün nə qədər önəmli olduğu barədə Peyğəmbər əfəndimiz Həzrət Məhəmməd (s) belə deyib: “Biz yediklərimizin cəmiyik”.
Bəli, keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidalar gec-tez insanın fiziki sağlamlığına, hətta ruh halına təsir etməlidir. Müdriklər əbəs yerə deməyib ki, sağlam ruh sağlam bədəndə olar.
Unutmamalıyıq ki, qida və ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib elementlərindən biridir.
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev qida təhlükəsizliyi ilə bağlı ayrıca qurum yaratdı – Qida Təhlükəsizliyi Agentliyi.
Ancaq hələ də bir çox şirkətlər vətəndaşlara vaxtı keçmiş, mənşəyi bəlli olmayan, saxta qida məhsulları satmaqda, obrazlı desək, milləti zəhərləməkdə davam edirlər.
Məlumata görə, Zeytun Farm MMC-nin aptekləri “Starıy istoçnik”, “Essenskaya Resept” və s markalı saxta mineral suları məşhur “Yessentuki” mineral suyu adı altında vətəndaşlara satırlar. Nəzərə alsaq ki, bu sular həm də müalicə əhəmiyyətlidir, onda nə qədər xəstələrin saxta mineral sularla “zəhərləndiyini” təsəvvür etmək olar.
Alıcılar dəfələrlə bu barədə müxtəlif qurumlara müraciət etsə də heç bir tədbir görülmür.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.(NUH.az)
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...