Metroda əlil arabası üçün yerlər ayrıldı
Ötən ilin sentyabr ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC sosial əhəmiyyəti mühüm genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb.
Bu layihəyə görə əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq. Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.
Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.
Ötən müddət ərzində layihənin həyata keçirilməsi üçün bir sıra texniki məsələlər, tətbiq ediləcək qaydalar öyrənilib və Bakı metropoliteni üçün ən uyğun variant seçilib. Əlil arabasından metropolitendən istifadə etmək istəyən şəxs əvvəlcədən sifarişini verəcək və onu metropolitendə bu iş üçün ayrılmış işçi onu stansiyanın girişində qarşılayaraq, stansiyaya endirəcək sərnişin qatarla mənzil başına çataraq, stansiyanı tərk etməsi təmin olunacaq.
Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istsismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb.
Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinasına yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq.
Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək. Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə olunacaq.
Əlil arabasında metropolitendən istifadə etmək istəyən sərnişinlər üçün xüsusi mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları da genişlənəcək.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...