YAP-ın qərargahında deputatlarla görüş

16:05 31-01-2019 | icon 2971
YAP-ın qərargahında deputatlarla görüş

Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib.

YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu görüşün  partiyanı Milli Məclisdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

 

2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir. Əli Əhmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 3-cü dövlət proqramına yekun vurulub. Beləliklə, Azərbaycanın ümumi inkişafı prosesində regionların ciddi şəkildə inkişaf etdirilməsi, simasının dəyişdirilməsi, müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin  təşəbbüsü ilə müəyyənləşdirilmiş Dövlət proqramı uğurla  yerinə yetirilib.

 



Digər xəbərlər

0.23960614204407