YAP-ın qərargahında deputatlarla görüş
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Milli Məclisdə partiyanı təmsil edən deputatlarla görüş keçirilib.
YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu görüşün partiyanı Milli Məclisdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir. Əli Əhmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 3-cü dövlət proqramına yekun vurulub. Beləliklə, Azərbaycanın ümumi inkişafı prosesində regionların ciddi şəkildə inkişaf etdirilməsi, simasının dəyişdirilməsi, müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü ilə müəyyənləşdirilmiş Dövlət proqramı uğurla yerinə yetirilib.
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...