Qızıldaş qəsəbə sakinlərinin problemlərinin icrası nəzarətə götürüldü

20:11 31-01-2019 | icon 3100
Qızıldaş qəsəbə sakinlərinin problemlərinin icrası nəzarətə götürüldü

Yanvarın 31-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəsi Ə.Hüseynov öz çıxışında 2018-ci  il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirib və qeyd edib ki, rayonda aparılan abadlıq və quruculuq işləri çərçivəsində qəsəbədə yeni park və yaşıllıq zolağı salınıb, uzun illərdir təmirsiz olan Qızıldaş-Lökbatan avtomobil yolu Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı şəkildə təmir edilib.

 

Eyni zamanda, hesabat ilində qəsəbə sakinlərini narahat edən problemlər araşdırılıb, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşüb.       

Sonda  2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  müvafiq tədbirlərin görülməsi və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.

 




Digər xəbərlər

0.2585301399231