Qızıldaş qəsəbə sakinlərinin problemlərinin icrası nəzarətə götürüldü
Yanvarın 31-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Hüseynov öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirib və qeyd edib ki, rayonda aparılan abadlıq və quruculuq işləri çərçivəsində qəsəbədə yeni park və yaşıllıq zolağı salınıb, uzun illərdir təmirsiz olan Qızıldaş-Lökbatan avtomobil yolu Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı şəkildə təmir edilib.
Eyni zamanda, hesabat ilində qəsəbə sakinlərini narahat edən problemlər araşdırılıb, məsələnin həlli üçün lazımi tədbirlər görülmüşüb.
Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...