“Kim istəyirsə, ödəniş edib yemək ala bilər”
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.
C.Qurbanov Trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi:
“Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik".
QSC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artıralacaq: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq”.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...